AZ

“Yaşıl istiqraz”ların 4-cü faiz ödənişi edilib

Mart ayının 10-u SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə 4-cü faiz ödənişi edilib. (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir.)

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilib ki, 4-cü faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına  köçürülüb və investorların ümumi gəliri 12 milyon ABŞ dollarına yüksəlib.

2025-ci ilin 15 yanvar tarixində ölkəmizin “yaşıl” enerji sahəsində atdığı  strateji addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən emissiya edilmiş “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.

Ötən ilin 7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl istiqraz”ları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 22 milyon ABŞ dollarından artıq məbləğdə 447 ədəd əqd bağlanıb.

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında aparılan ticarət həcmi 97,6 milyon ABŞ dollarıdır. Bağlanan əqdlərin ümumi sayı isə 1620-dir (BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 32,7%-ini təşkil edib.)

Qeyd edək ki, SOCAR İstiqrazlarının ilk buraxılışından (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 56 milyon 125 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.

“ABB İnvest” investisiya şirkətinin marketmeykeri olduğu SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları illik 6% gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonuna qədər sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.

SOCAR yaşıl istiqrazlar SOCAR green bonds SOCAR istiqrazları faiz ödənişi SOCAR Capital SOCAR istiqraz investorları SOCAR istiqraz gəlirliliyi yaşıl enerji istiqrazları SOCAR kapital bazarı SOCAR kupon ödənişi Bakı Fond Birjası BFB BFB korporativ istiqrazlar SOCAR istiqraz ticarəti SOCAR istiqrazlarının gəliri ABB İnvest marketmeyker illik 6 faiz gəlirlilik istiqraz 5 illik istiqrazlar rüblük kupon ödənişi vergi güzəştli istiqrazlar Azərbaycan kapital bazarı investisiya alətləri Azərbaycan yaşıl maliyyə alətləri bərpa olunan enerji investisiyası SOCAR istiqraz emissiyası 2025 investor gəlirləri istiqraz bazarı Azərbaycan SOCAR istiqraz əqdləri maliyyə bazarı xəbərləri investorlar üçün istiqrazlar.
Seçilən
6
5
marja.az

6Mənbələr