AZ

Müctəba Xamenei komadadır Ali Rəhbər seçildiyini bilmir

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yenicə Ali Rəhbər seçilmiş Ayətullah Müctəba Xamenei Sina Xəstəxanasına yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Modern.az xəbər verir ki, bu barədə İranın keçmiş dövlət televiziya aparıcısı Həsən Kərami paylaşım edib. 

Onun sözlərinə görə, Müctəba Xamenei müharibənin başlamasından və ailə üzvlərinin bombardumanda həlak olmasından xəbərsizdir. Ali Rəhbərin komada olduğunu deyən jurnalist Müctəba Xameneinin lider təyin olunduğunu da hələ bilmədiyini iddia edir. 

Xatırladaq ki, fevralın 28-də Tehranın mərkəzinə endirilən hava zərbəsi zamanı Ali Lider Seyid Əli Xamenei və bir sıra rəhbər şəxslər həlak olub. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
4
modern.az

5Mənbələr