AZ

Müctəba Xamenei komadadır - Ali Rəhbər seçildiyini bilmir

Ajans.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya keçmiş aparıcısı Ehsan Karami paylaşım edib.  Onun sözlərinə görə, fevralın 28-də atası Seyid Əli Xameneinin həlak olduğu hava zərbələri zamanı Müctəba da ağır xəsarətlər alıb və hələ də müalicə olunur.  Müctəba Xamenei müharibənin başlamasından və ailə üzvlərinin bombardmanda həlak olmasından xəbərsizdir. Ali Rəhbərin komada olduğunu deyən jurnalist, onun lider təyin olunduğunu da hələ bilmədiyini iddia edir.  Xatırladaq ki, fevralın 28-də Tehranın mərkəzinə endirilən hava zərbəsi zamanı Ali Lider Seyid Əli Xamenei və bir sıra rəhbər şəxslər həlak olub. 

Seçilən
2
4
Ajans.az

5Mənbələr