Senatın çoxluq lideri Con Tunenin sözlərinə görə, ABŞ İrana qarşı hərbi əməliyyatlara hər gün 900 milyon dollar xərcləyir.
Vətəninfo.az xəbər verir ki, jurnalistlərə rəqəmləri təsdiqləyərək bildirib ki, “Bu, əhəmiyyətli bir rəqəmdir, amma düşünürəm ki, yaxşı vəziyyətdəyik. Məqsədlərimizə çatırıq”.
“Bu, yerinə yetirilməli olan vacib bir missiyadır və ümid edirəm ki, tezliklə başa çatacaq”, – deyə cavablarını CSPAN yayımlayan senator bildirib.
“The Washington Post” qəzetinin əvvəllər mənbələrə istinadən verdiyi məlumata görə, Pentaqon ABŞ-ın İrana qarşı ilkin hücumlarının sursata 5,6 milyard dollara başa gəldiyini təxmin edir.
Nəşr qeyd edir ki, Amerika qoşunlarının ən müasir silahların qıt ehtiyatlarını sürətlə istifadə etməsi Kapitoli təpəsindəki bəzi insanlar arasında getdikcə artan narahatlığa səbəb olur.
Qəzet xəbər verir ki, Ağ Evin bu həftə on milyardlarla dollar təşkil edə biləcək əlavə müdafiə büdcəsi tələb etməsi gözlənilir.