AZ

ABŞ İrana qarşı əməliyyatlara gündə 900 milyon dollar xərcləyir


ABŞ İrana qarşı hərbi əməliyyatlara gündə 900 milyon dollar xərcləyir.
Yeniavaz.com
CSPAN telekanalına istinadla xəbər verir ki, bu barədə Senatın çoxluq lideri Con Tun məlumat verib.
“Bu, əhəmiyyətli bir rəqəmdir, amma inanıram ki, yaxşı vəziyyətdəyik, məqsədlərimizə çatırıq”, - deyə o, jurnalistlərə bu rəqəmləri təsdiqləyərək bildirib.
“Bu, yerinə yetirilməli olan vacib bir missiyadır və ümid edirəm ki, tezliklə başa çatacaq”, - deyə senator əlavə edib.
Qeyd edək ki, bundan əvvəl “The Washington Post” qəzeti mənbələrə istinadla ABŞ-nin İrana ilkin hücumlarının Pentaqona 5,6 milyard dollara başa gəldiyini bildirmişdi.
Seçilən
20
1
yeniavaz.com

3Mənbələr