ain.az, Olke.az portalına istinadən məlumat yayır.
İsrail prezidenti İsaak Herzoq İrana qarşı hərbi əməliyyatların nə vaxt başa çatacağını proqnozlaşdırmaqdan imtina edib, lakin İsrailin əməliyyatın sona çatmasını təmin etmək niyyətində olduğunu vurğulayıb.
Ölkə.az xəbər verir ki, siyasətçinin müsahibəsi Almaniyanın "Bild" qəzetində dərc olunub.
"Hər şeyi yalnız sürət göstəricisinə görə qiymətləndirsək, heç bir yerə çata bilmərik. Dərin nəfəs alıb son nəticəyə çatmalıyıq", - deyə Herzoq bildirib.
Onun sözlərinə görə, hazırkı qarşıdurma 7 oktyabr 2023-cü ildə Qəzza zolağında başlayan münaqişə ilə bağlıdır.
"Mənim fikrimcə, biz bu müharibənin son fəslinə yaxınlaşa bilərik ki, bu da Yaxın Şərqin bütün konfiqurasiyasını dəyişdirəcək", - deyə siyasətçi bildirib.
Həmidə İbrahimova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.