İsrail Prezidenti İsaak Herzoq İrana qarşı hərbi əməliyyatın nə vaxt başa çatacağını proqnozlaşdırmaqdan imtina edib. Lakin İsrailin əməliyyatın sona çatmasını təmin etmək niyyətində olduğunu vurğulayıb.
"Cebheinfo.az" xəbər verir ki, saiyasətçinin müsahibəsi Almaniyanın "Bild" qəzetində dərc olunub.
"Əgər hər şeyi yalnız taxometrlə qiymətləndirsək, heç bir yerə çata bilməyəcəyik. Dərin bir nəfəs almalı və son nəticəyə nail olmalıyıq", - deyə Herzoq bildirib.
Onun sözlərinə görə, hazırkı qarşıdurma 7 oktyabr 2023-cü ildə Qəzza zolağında başlayan münaqişə ilə bağlıdır.
"Mənim fikrimcə, biz bu müharibənin son fəslinə yaxınlaşa bilərik ki, bu da Yaxın Şərqin bütün konfiqurasiyasını dəyişdirəcək", - deyə Prezident bildirib.