Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Məlumatlara görə, bu şəhərlərdə həyat quran və müharibənin genişlənməsi təhlükəsi səbəbindən ölkəni tərk etməyə məcbur qalan xarici vətəndaşların bəziləri uzun və çətin prosedurlara görə ev heyvanlarını özləri ilə aparmırlar. Bir çoxu heyvanlarını sığınacaqlara təhvil verməyə çalışsa da, bəziləri pişik və itlərini küçələrdə tərk edirlər. Dubayda fəaliyyət göstərən The Barking Lot heyvan baxım xidmətinin sahibi Aditi Gouri The Telegraph nəşrinə açıqlamasında bildirib ki, sığınacaqlar hazırda həddindən artıq doludur. Ölkədə fəaliyyət göstərən baytarlar da ev heyvanlarını üçün yer axtaran sahiblərin müraciətlərinin kəskin artdığını bildirirlər. Eyni zamanda, heyvanların evtanaziyası ilə bağlı müraciətlərin sayının da artdığı qeyd olunur. Sosial şəbəkə qruplarında sahibləri tərəfindən tərk edilmiş heyvanlarla bağlı yüzlərlə paylaşım var. Bəzi itlər küçələrdə dirəklərə bağlanmış vəziyyətdə tapılır.
View this post on Instagram
Six Hounds adlı heyvan sığınacağının sahibi Anso Stander bildirib ki, təkcə bir gün ərzində tərk edilmiş heyvanlarla bağlı 27 mesaj alıb. Onun sözlərinə görə, bəzi hallarda heyvanlar Oman sərhədinə yaxın səhrada tərk edilir, çünki onların sərhəddən keçirilməsinə icazə verilmir. Münaqişə zonalarında heyvanların müdafiəsi ilə məşğul olan War Paws xeyriyyə təşkilatının rəhbəri Louise Hastie isə bildirib ki, varlı bir şəhər olan Dubayda bu qədər heyvanın tərk edilməsi anlaşılmazdır. Ekspertlər qeyd edir ki, BƏƏ-də ev heyvanlarının tərk edilməsi problemi yeni deyil. Ölkə əhalisinin böyük hissəsini xarici vətəndaşlar təşkil edir və onlar çox vaxt ölkəni tərk edərkən heyvanlarını geridə qoyur. Röya Əliyeva
AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.