AZ

ADY-nin departament müdiri işdən çıxdı, yenisi təyin olundu (FOTO)

"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Marketinq və tarif siyasəti departamentinin müdiri dəyişib.

 

MilliYol.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Heydər Cəfərli Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsindən azad olunub. O, ADY-nin törəmə müəssisəsi olan "ADY Express” MMC-nin direktor müavini vəzifəsinə təyin edilib.

 

Digər əmrlə isə Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Məmməd Həmidov təyin edilib.

 

M.Həmidov 2023-2024-cü illərdə ADY-nin Kommersiya departamentinin müdiri vəzifəsində çalışıb. Son təyinata qədər ADY-nin Bakı Beynəlxalq Dəniz Limanının Kommersiya departamentinin rəisi vəzifəsində fəaliyyət göstərib.

 

Məlumat İqtisadiyyat.az-a ADY-dən təsdiqlənib.

 

Qeyd edək ki, 2018-ci ildən ADY-də çalışan H.Cəfərli ötən ilin əvvəlindən Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsini tuturdu.

 

Seçilən
22
8
milliyol.az

9Mənbələr