AZ

Sədr yüksək vəzifəli şəxsi işdən çıxardı

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Marketinq və tarif siyasəti departamentinin müdiri dəyişib.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Heydər Cəfərli Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsindən azad olunub. O, ADY-nin törəmə müəssisəsi olan "ADY Express" MMC-nin direktor müavini vəzifəsinə təyin edilib.

Digər əmrlə isə Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Məmməd Həmidov təyin edilib.

M.Həmidov 2023-2024-cü illərdə ADY-nin Kommersiya departamentinin müdiri vəzifəsində çalışıb. Son təyinata qədər ADY-nin Bakı Beynəlxalq Dəniz Limanının Kommersiya departamentinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, 2018-ci ildən ADY-də çalışan H.Cəfərli ötən ilin əvvəlindən Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsini tuturdu.


Telegram kanalımız
Seçilən
37
8
yenisabah.az

9Mənbələr