Bakı. Trend:
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarınıntəxliyəsi davam edir.
Trend xəbər verir ki, 28fevral 8.00-dan – 12 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrinvətəndaşları olmaqla ümumilikdə 2283 nəfər təxliyə olunub.
Belə ki, 685 Çin, 395 Azərbaycan, 293 Rusiya, 174 Tacikistan,140 Pakistan, 68 İndoneziya, 57 Oman, 44 İtaliya, 29 İran, 26İspaniya, 25 Əlcəzair, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16Fransa, 16 Almaniya, 13 Gürcüstan, 13 Nigeriya, 12 Macarıstan, 12Polşa, 12 Özbəkistan, 11 İsveçrə, 11 Meksika, 10 Belarus, 10Bolqariya, 10 Konqo Demokratik, 10 Kanada, 9 Böyük Brityaniya, 8Braziliya və 8 Qazaxıstan vətəndaşı təxliyə olunub.
Siyahıda həmçinin BƏƏ, Slovakiya, Belçika, Rumıniyanın hər biriüzrə 6 vətəndaş, Serbiya, Çexiya, Əfqanıstan, Avstriya, Hindistanınhər biri üzrə isə 5 vətəndaş, İordaniya, Banqladeş, Türkiyə,Ukrayna, Şri-Lanka, Küveyt, Bəhreyn, ABŞ, Finlandiya və Niderlandınhər biri üzrə 4, Qətər, Filippin, Xorvatiya, Danimarka vəAvstraliyanın hər biri üzrə 3 vətəndaş, Nepal, Livan, Yəmən,Qırğızıstan, İsveç, Sudan, Kipr, Sloveniyanın hər biri üzrə 2vətəndaş yer alıb.
Eyni zamanda Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba,Vatikan, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir vəBelizin hər biri üzrə isə 1 nəfər təxliyə edilib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.