Fevralın 28-dən martın 12-i saat 00:00-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 72 ölkənin 2214 vətəndaşı təxliyə olunub.
Xezerxeber.az xəbər verir ki, təxliyə olunanların 334-ü Azərbaycan vətəndaşıdır. Bundan başqa, Çin (682 nəfər), Rusiya (291 nəfər), Tacikistan (174 nəfər), Pakistan (137 nəfər), İndoneziya (72 nəfər), Oman (57 nəfər), İtaliya (44 nəfər), İspaniya (26 nəfər), Əlcəzair (25 nəfər), Serbiya (18 nəfər), Yaponiya (17 nəfər), Almaniya (16 nəfər), Fransa (16 nəfər), Norveç (13 nəfər), Macarıstan (12 nəfər), Özbəkistan (12 nəfər), Polşa (12 nəfər), İsveçrə (11 nəfər), Meksika (11 nəfər), Belarus (10 nəfər), Bolqarıstan (10 nəfər), Kanada (10 nəfər), Gürcüstan (10 nəfər), Konqo (10 nəfər), Böyük Britaniya (9 nəfər), Braziliya (8 nəfər), Belçika (6 nəfər), Birləşmiş Ərəb Əmirlikləri (6 nəfər), İordaniya (6 nəfər), Qazaxıstan (6 nəfər), Rumıniya (6 nəfər), Slovakiya (6 nəfər), Avstriya (5 nəfər), Çexiya (5 nəfər), Əfqanıstan (5 nəfər), ABŞ (4 nəfər), Banqladeş (4 nəfər), Bəhreyn (4 nəfər), Finlandiya (4 nəfər), Hindistan (4 nəfər), Küveyt (4 nəfər), Niderland (4 nəfər), Şri-Lanka (4 nəfər), Türkiyə (4 nəfər), Ukrayna (4 nəfər), Argentina (3 nəfər), Filippin (3 nəfər), Xorvatiya (3 nəfər), Qətər (3 nəfər), Danimarka (3 nəfər) və digər ölkələrin vətəndaşları da təxliyə edilənlər arasındadır.