AZ

İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb

2026-cı ilin yanvar-fevralında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib. Bu  barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

2026-cı ilin iki ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 328,6%, pambıq iplik 158,7%, bitki və heyvan mənşəli piylər və yağlar 110,8%, alüminium və onlardan hazırlanan məmulatlar 37,4%, pambıq lifi 33,3%, meyvə-tərəvəz 32,7%, spirtli və spirtsiz içkilər 10,9%, çay 5,1% artıb.

Aytac Zeynalova

Seçilən
0
3
anews.az

10Mənbələr