AZ

Rusiya XİN: İran özünümüdafiə hüququna malikdir

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq münaqişəsi ilə bağlı Bəhreyn qətnaməsini təsdiqləməsindən son dərəcə narazıdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, İranın özünümüdafiə hüququna malik olduğunu vurğulayıb.

Qeyd edək ki, martın 11-də BMT Təhlükəsizlik Şurası Bəhreynin Yaxın Şərqlə bağlı qətnaməsini qəbul edib. Səsvermə zamanı Rusiya və Çin bitərəf qalıb.

Sənəddə İran İslam Respublikasının Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniya ərazilərinə açıq-aşkar hücumları ən sərt şəkildə pislənilib. Qətnamədə ABŞ və ya İsraildən bəhs edilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
6
apa.az

7Mənbələr