AZ

Rusiya BMT TŞ-nin İrana qarşı qətnaməsindən narazıdır

Rusiya BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq münaqişəsi ilə bağlı qətnaməni təsdiqləməsindən son dərəcə narazıdır.
 
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 
O, İranın özünümüdafiə hüququna malik olduğunu vurğulayıb.
 
Qeyd edək ki, martın 11-də BMT Təhlükəsizlik Şurası Bəhreynin Yaxın Şərqlə bağlı qətnaməsini qəbul edib. Səsvermə zamanı Rusiya və Çin bitərəf qalıb.
 
Sənəddə İran İslam Respublikasının Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniya ərazilərinə açıq-aşkar hücumları ən sərt şəkildə pislənilib. Qətnamədə ABŞ və ya İsraildən bəhs olunmayıb.
 
APA
Seçilən
46
6
sitat.info

7Mənbələr