AZ

"Legion Financial” şirkətinin 220 000 manatlıq yeni səhmlərini 3 investor əldə edib

9 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

"Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı 18.02.2026-cı il tarixində başlayaraq, 10 iş günü davam etmişdir və martın 3-ü yekunlaşmışdır. 

Qeyd olunan səhmlərin yerləşdirilməsi 12 mart 2026-cı il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetintinə alınır.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ1001025464

Səhmin növü və forması:  Sənədsiz adlı, adi səhmlər

Ticarət üsulu / forması: Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı: 6000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

Buraxılış həcmi:  600 000 manat

Hərrac qiyməti: 100 manat

Reallaşdırılmış həcm: 220 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 220 000 manat

İnvestor sayı: 3

Sifariş sayı: 3

Yerləşdirmənin yekunlaşdığı tarix: 12.03.2026

Anderrayter: “İnvest-AZ İnvestisiya Şirkəti” QSC

Seçilən
107
3
marja.az

5Mənbələr