BAKI, TurkicWorld, Orxan Qədirzadə
9 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
TurkicWorld Bakı Fond Birjasına istinadən xəbər verir ki, "Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı 18.02.2026-cı il tarixində başlayaraq, 10 iş günü davam edib və martın 3-ü yekunlaşıb.
Qeyd olunan səhmlərin yerləşdirilməsi 12 mart 2026-cı il tarixində yekunlaşıb.
Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetintinə alınır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | "Legion Financial” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001025464 |
| Səhmin növü və forması | Sənədsiz adlı, adi səhmlər |
| Ticarət üsulu / forması | Kütləvi / Abunə yazılışı |
| Səhmlərin sayı | 6,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| Buraxılış həcmi | 600,000 manat |
| Hərrac qiyməti | 100 manat |
| Reallaşdırılmış həcm | 220,000 manat |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 220,000 manat |
| İnvestor sayı | 3 |
| Sifariş sayı | 3 |
| Yerləşdirmənin yekunlaşdığı tarix | 12.03.2026 |
| Anderrayter | “İnvest-AZ İnvestisiya Şirkəti” QSC |