AZ

“ASAN Viza” portalının türkmən dilində versiyası istifadəyə verilib

BAKI,TurkicWorld

Azərbaycan Respublikasına səfər etmək istəyən Türkmənistan vətəndaşları üçün “ASAN Viza” portalının türkmən dilində versiyası istifadəyə verilib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Bildirilir ki, portalın türkmən dilində versiyasının istifadəyə verilməsi elektron viza rəsmiləşdirilməsi prosesini Türkmənistan vətəndaşları üçün daha rahat və əlçatan etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) və Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən həyata keçirilib.

Hazırda Türkmənistan vətəndaşları “ASAN Viza” portalına https://www.evisa.gov.az/tk/ linki vasitəsilə daxil olaraq elektron viza müraciətlərini digər dillərlə yanaşı, türkmən dilində də edə bilərlər.

Seçilən
11
7
turkic.world

8Mənbələr