Bakı. Trend:
Azərbaycan Respublikasına səfər etmək istəyən Türkmənistanvətəndaşları üçün “ASAN Viza” portalının türkmən dilində versiyasıistifadəyə verilib.
Bu barədə Trend-ə AzərbaycanRespublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.
Bildirilir ki, portalın türkmən dilində versiyasının istifadəyəverilməsi elektron viza rəsmiləşdirilməsi prosesini Türkmənistanvətəndaşları üçün daha rahat və əlçatan etmək məqsədilə AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) və AzərbaycanRespublikasının Türkmənistandakı Səfirliyi tərəfindən həyatakeçirilib.
Hazırda Türkmənistan vətəndaşları “ASAN Viza” portalına https://www.evisa.gov.az/tk/ linki vasitəsilə daxilolaraq elektron viza müraciətlərini digər dillərlə yanaşı, türkməndilində də edə bilərlər.