AZ

50 minə yaxın müəllimin ixtisar riski yaranır - Əli Əhmədov

50 minə yaxın müəllimin ixtisar riski yaranır - Əli Əhmədov

“Məlum olduğu kimi, son bir neçə ildə Azərbaycanın artım tempində azalma müşahidə olunur. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub”.

Bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.

“2015-ci ildə orta məktəblərdə 1.5-1.6 milyon uşaq təhsil alırdısa, bir neçə il sonra məktəblərdə təhsil alan uşaqların sayı 1 milyon olacaq. Bu da 50 minə yaxın müəllimin ixtisarı riskini də yaradır. Bir neçə on il sonra isə pensiyada olan əhali ilə işləmək qabiliyyəti olan əhali arasında nisbətdə ciddi dəyişiklik olacaq. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əli müəllimin (red: Baş nazir Əli Əsədov) başçılığı ilə hökumət demoqrafik məsələlərə diqqəti artırmış olacaq”, - Ə.Əhmədov qeyd edib.

Qafqazinfo

Seçilən
19
4
afn.az

10Mənbələr