ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Təxminən 35-40 il bundan əvvəl Bakı şəhərində kooperativ evlər tikilib və bu evlərə quraşdırılan liftlərin istismar müddəti çoxdan keçib”.
“Qafqazinfo” xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.
Xəbəri rus dilində oxuyun: Изношенные лифты бакинских зданий: назревает кризис
“Bu binalarda quraşdırılan liftlərin sayı təxminən 1000 ədəddir. Orada yaşayan insanların həmin liftlərin dəyişdirilməsi üçün imkanları çatmır. Hesab edirəm ki, hökumət həmin məsələyə müdaxilə etməsə, o liftlərin dəyişdirilməsi çox çətin bir problemə çevriləcək və eyni zamanda çox qısa bir vaxtda risklər yarana bilər. Xahiş edirəm, hökumət vəsait tələb etsin və 5-10 illik proqram çərçivəsində reallaşması üçün addım atsın”, - Əli Əhmədov qeyd edib.
Nuranə Daxilqızı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.