AZ

Böyük Britaniyada yanvar ayında iqtisadi artım sıfra bərabər olub

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 13 mart, AZƏRTAC

Böyük Britaniyada yanvar ayında iqtisadi artım sıfıra bərabər olub.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsi ümumi iqtisadi vəziyyəti “zəif” kimi qiymətləndirib. Analitiklər isə ilin belə nəticə ilə başlamasını məyusedici start adlandırıblar.

Rəqəmlər göstərir ki, Yaxın Şərqdə münaqişə başlamazdan əvvəl də ölkə iqtisadiyyatı zəif dinamika nümayiş etdirib. ABŞ və İsrailin İranla müharibəsi isə ciddi enerji şokuna səbəb olaraq dünya iqtisadiyyatına da təsir göstərə bilər.

Baş nazir Kir Starmer bildirib ki, müharibə nə qədər uzun sürərsə, Böyük Britaniya iqtisadiyyatına təsir ehtimalı da bir o qədər artacaq.

Analitiklərin fikrincə, enerji xərclərinin artması inflyasiyanı yüksəldə bilər. Münaqişədən əvvəl inflyasiyanın yaz aylarında İngiltərə Bankının müəyyən etdiyi 2 faiz hədəfinə yaxınlaşacağı gözlənilirdi. Müharibə uzun müddət davam edərsə, ekspertlər bunun ev təsərrüfatlarının xərclərinə mənfi təsir göstərə biləcəyini və hökumətin iqtisadi artımı artırmaq prioritetini risk altına sala biləcəyini iddia edirlər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
5
azertag.az

6Mənbələr