AZ

Böyük Britaniyada iqtisadi artım zəifləyib

Bakı. Trend:

Böyük Britaniyada yanvar ayında iqtisadi artım sıfıra bərabərolub.

Trend xəbər verir ki, BöyükBritaniyanın Milli Statistika İdarəsi ümumi iqtisadi vəziyyəti“zəif” kimi qiymətləndirib. Analitiklər isə ilin belə nəticə iləbaşlamasını məyusedici start adlandırıblar.

Rəqəmlər göstərir ki, Yaxın Şərqdə münaqişə başlamazdan əvvəl dəölkə iqtisadiyyatı zəif dinamika nümayiş etdirib. ABŞ və İsrailinİranla müharibəsi isə ciddi enerji şokuna səbəb olaraq dünyaiqtisadiyyatına da təsir göstərə bilər.

Baş nazir Kir Starmer bildirib ki, müharibə nə qədər uzunsürərsə, Böyük Britaniya iqtisadiyyatına təsir ehtimalı da bir oqədər artacaq.

Analitiklərin fikrincə, enerji xərclərinin artması inflyasiyanıyüksəldə bilər. Münaqişədən əvvəl inflyasiyanın yaz aylarındaİngiltərə Bankının müəyyən etdiyi 2 faiz hədəfinə yaxınlaşacağıgözlənilirdi. Müharibə uzun müddət davam edərsə, ekspertlər bununev təsərrüfatlarının xərclərinə mənfi təsir göstərə biləcəyini vəhökumətin iqtisadi artımı artırmaq prioritetini risk altına salabiləcəyini iddia edirlər.

Seçilən
31
5
az.trend.az

6Mənbələr