AZ

Bakı, Sumqayıt və Gəncədə bu mənzillər söküləcək

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, Sumqayıt və Gəncə şəhərlərində qəzalı binaların sayı və bu sahədə görülən işlər məlum olub.

Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, yerli icra hakimiyyəti orqanlarının müraciətləri və Nazirlər Kabinetinin tapşırıqları əsasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən qəzalı binaların siyahıları tərtib edilib. Yaradılmış işçi qrupu tərəfindən aparılan araşdırmalara əsasən Bakı şəhərində 228 ünvanda 7170 mənzil, Sumqayıt şəhərində 21 ünvanda 464 mənzil və Gəncə şəhərində 11 ünvanda 708 mənzil olmaqla ümumilikdə 260 ünvan üzrə qəzalı binalarda 8342 mənzil aşkar edilib. Həmin binaların 159-dan dövlət vəsaiti, 84-dən investor vəsaiti, 17-sinin isə həm dövlət, həm də investor vəsaiti hesabına sakinlərin köçürülməsi və şəhərsalma qanunvericiliyinə uyğun mümkün olduğu ərazilərdə yeni binaların tikintisi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
6
globalinfo.az

9Mənbələr