AZ

İran Hindistan gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidinə icazə verəcək

BAKI, 13 mart. TELEQRAF

İran yaxın saatlarda Hindistan bayrağı altında üzən gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsinə icazə verəcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın Hindistandakı səfiri Məhəmməd Fəthali bildirib.

"Hindistan bizim dostumuzdur. Biz inanırıq ki, İran və Hindistan bu bölgədə ortaq maraqlara malikdirlər. Məhz buna görə də Hindistan hökuməti bizə kömək edir və biz də öz növbəmizdə ortaq inanclarımızı və maraqlarımızı bölüşdüyümüz üçün Hindistan hökumətinə kömək etməliyik", - Fəthali əlavə edib.

Daha əvvəl bildirilmişdi ki, Hindistan İranla 8 mayeləşdirilmiş təbii qaz tankerinin Hörmüz boğazından keçməsi ilə bağlı danışıqlar aparır.

Seçilən
83
42
teleqraf.com

10Mənbələr