Bakı. Trend:
Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi davamedilməlidir, çünki onların əldə edilməsi bütün bəşəriyyət üçün sondərəcə vacibdir.
Trend xəbərverir ki, bu barədə cümə günü Pekin Universitetinin Yeni Strukturİqtisadiyyatı İnstitutunun dekanı, Milli İnkişaf Məktəbinin və"Cənub–Cənub" İnkişaf və Əməkdaşlıq İnstitutunun fəxri dekanıCastin İfu Lin XIII Qlobal Bakı Forumunda "Dünyadakıqarşıdurmaların öhdəsindən gəlmək: Keçid dövründə" mövzusunda çıxışedərkən bildirib.
Onun sözlərinə görə, irəliləyiş nə qədər sürətlə baş versə də,bütün 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) 2030-cu ilə qədər tamşəkildə həyata keçirilməsi ehtimalı azdır. Lakin bu ambisiyalıvəzifələr bəşəriyyətin rifahı naminə qoyulub.
"Beləliklə, onların müəyyən olunan müddət ərzində tam şəkildəyerinə yetirilməsinin çətin olduğunu başa düşsək də, irəliləməküçün əlimizdən gələni etməliyik", — deyə o qeyd edib.
Castin İfu Lin bildirib ki, gələcəkdə bu cür qlobaltəşəbbüslərin növbəti mərhələsi və ya yeni fürsət ortaya çıxdıqda,əldə edilmiş təcrübə və nəticələr nəzərə alınmalıdır.
"O günümüzdə 17 Dayanıqlı İnkişaf Məqsədi mövcuddur və mənimfikrimcə, onların əksəriyyətinin əldə edilməsi üçün əsas məqsəd DİM№8 olmalıdır - davamlı və dayanıqlı iqtisadi artımın, tam vəməhsuldar məşğulluğun və hər kəs üçün layiqli işin təşviq edilməsi.İnsanlar layiqli işlə təmin olunarsa, sabit və kifayət qədər gəlirəldə edirlər. Bu, onları yoxsulluqdan çıxarmağa imkan verir. Gəlirəldə etmək onlara özlərini və ailələrini ərzaqla təmin etməyə imkanverir, bu da aclıqla mübarizə aparmağa kömək edir", — o qeydedib.
Bundan əlavə, onun sözlərinə görə, layiqli məşğulluq və sabitgəlir insanlara tibbi xidmət almağa imkan verir.
"Beləliklə, məhz layiqli məşğulluq bir çox dayanıqlı inkişafməqsədinin əldə olunması üçün əsas olmalıdır", — deyə Castin İfuLin nəticə çıxarıb.