AZ

Dayanıqlı inkişaf məqsədləri bəşəriyyətin rifahı üçün əsas olaraq qalır - Castin İfu Lin

Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi davam edilməlidir, çünki onların əldə edilməsi bütün bəşəriyyət üçün son dərəcə vacibdir.

Trend xəbər verir ki, bu barədə cümə günü Pekin Universitetinin Yeni Struktur İqtisadiyyatı İnstitutunun dekanı, Milli İnkişaf Məktəbinin və "Cənub-Cənub" İnkişaf və Əməkdaşlıq İnstitutunun fəxri dekanı Castin İfu Lin XIII Qlobal Bakı Forumunda "Dünyadakı qarşıdurmaların öhdəsindən gəlmək: Keçid dövründə" mövzusunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, irəliləyiş nə qədər sürətlə baş versə də, bütün 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) 2030-cu ilə qədər tam şəkildə həyata keçirilməsi ehtimalı azdır. Lakin bu ambisiyalı vəzifələr bəşəriyyətin rifahı naminə qoyulub.

"Beləliklə, onların müəyyən olunan müddət ərzində tam şəkildə yerinə yetirilməsinin çətin olduğunu başa düşsək də, irəliləmək üçün əlimizdən gələni etməliyik", - deyə o qeyd edib.

Castin İfu Lin bildirib ki, gələcəkdə bu cür qlobal təşəbbüslərin növbəti mərhələsi və ya yeni fürsət ortaya çıxdıqda, əldə edilmiş təcrübə və nəticələr nəzərə alınmalıdır.

"O günümüzdə 17 Dayanıqlı İnkişaf Məqsədi mövcuddur və mənim fikrimcə, onların əksəriyyətinin əldə edilməsi üçün əsas məqsəd DİM №8 olmalıdır - davamlı və dayanıqlı iqtisadi artımın, tam və məhsuldar məşğulluğun və hər kəs üçün layiqli işin təşviq edilməsi. İnsanlar layiqli işlə təmin olunarsa, sabit və kifayət qədər gəlir əldə edirlər. Bu, onları yoxsulluqdan çıxarmağa imkan verir. Gəlir əldə etmək onlara özlərini və ailələrini ərzaqla təmin etməyə imkan verir, bu da aclıqla mübarizə aparmağa kömək edir", - o qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, layiqli məşğulluq və sabit gəlir insanlara tibbi xidmət almağa imkan verir.

"Beləliklə, məhz layiqli məşğulluq bir çox dayanıqlı inkişaf məqsədinin əldə olunması üçün əsas olmalıdır", - deyə Castin İfu Lin nəticə çıxarıb.

Seçilən
13
1
day.az

2Mənbələr