Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda qatıldığı "Milli İradə İftarı" proqramında bölgədəki gərginlik və İrandan atılan raketlərlə bağlı mühüm mesajlar verib.
Milli.Az xəbər verir ki, Ərdoğan Türkiyənin hava məkanını pozan istənilən təhdidə qarşı lazımi tədbirlərin görüldüyünü vurğulayıb:
"Dünən gecə olduğu kimi, hava məkanımızı pozan hər cür təhdidə qarşı lazımi önləmə fəaliyyətlərini həyata keçiririk. Hökumətimizin 23 illik böhran idarəetmə təcrübəsi hadisələrə doğru və ölçülü reaksiya verməkdə ən böyük bələdçimizdir."
Ərdoğan Türkiyəni münaqişəyə sürükləmək istəyən qüvvələrin olduğunu bildirərək xalqı ayıq-sayıq olmağa çağırıb.
Ölkəni müharibə alovunun içinə çəkmək üçün qurulan tələlərə və təhriklərə qarşı çox diqqətli hərəkət edildiyini qeyd edib.
Türkiyəni bu "atəş çuxurundan" uzaq tutmağın birinci dərəcəli vəzifə olduğunu vurğulayıb.
İranla bağlı hadisələr fonunda qızışdırılan məzhəb və etnik kökənli kışkırtmalara qarşı vətəndaşları ehtiyatlı olmağa səsləyib.
Lalə Qüdrətova
Milli.Az