AZ

İsraildə ən uzun gecə: İran bu dəfə ağır zərbə vurdu

İranın İsrailə qarşı başlatdığı yeni raket hücumu dalğası bölgədə vəziyyəti kəskinləşdirib. Bu dəfə İranın atdığı ballistik raketlərin İsrailin hava hücumundan müdafiə sistemlərini aşaraq birbaşa hədəflərə dəydiyi bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin iqtisadi və siyasi mərkəzi olan Tel-Əviv başda olmaqla bir çox şəhərə raket yağdırıb.

Raketlərin binalara isbat etməsi nəticəsində şəhərin müxtəlif nöqtələrində genişmiqyaslı yanğınlar başlayıb.

İsrailin məşhur "Dəmir Qübbə" (Iron Dome) sisteminin bu hücum zamanı İran raketlərini dayandırmaqda demək olar ki, tamamilə uğursuz olması hərbi ekspertlərin diqqətini çəkib.

İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi əməliyyatın detallarını açıqlayıb:

İsrailə hər biri 1-2 tonluq döyüş başlığı daşıyan 30 ballistik raket atılıb.

Musəvi həmçinin iddia edib ki, İsrail hava məkanının bəzi hissələri hazırda İranın nəzarəti altındadır.

Fevralın 28-dən başlayan ABŞ-İsrail hücumları və İranın cavab zərbələri nəticəsində itkilər dəhşətli həddə çatıb:

İran rəsmilərinin məlumatına görə, hücumlarda ölənlərin sayı 1348-ə, yaralıların sayı isə 17 mindən çoxdur.

İran təkcə İsraili deyil, ABŞ bazalarının yerləşdiyi Qətər, BƏƏ və Bəhreyn kimi ölkələri də hədəf aldığını bəyan edib. Bu vəziyyət Yaxın Şərqdə genişmiqyaslı regional müharibə riskini maksimuma qaldırıb./Milli.az

Seçilən
23
2
bakivaxti.az

10Mənbələr