ABŞ Silahlı Qüvvələri İranın Xarq adasında yerləşən hərbi obyektlərinə güclü zərbə endirib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Az əvvəl mənim göstərişimlə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Yaxın Şərq tarixində ən güclü bombardmanlardan birini həyata keçirdi və İran üçün strateji əhəmiyyət daşıyan Xarq adasındakı bütün hərbi hədəflər tamamilə məhv edildi”, – deyə ABŞ prezidenti qeyd edib.