ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin İranın Xark adasında yerləşən hərbi obyektlərə güclü zərbə endirdiyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
“Az əvvəl mənim göstərişimlə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Yaxın Şərq tarixində ən güclü bombardmanlardan birini həyata keçirdi və İran üçün strateji əhəmiyyət daşıyan Hark adasındakı bütün hərbi hədəflər tamamilə məhv edildi”, – deyə ABŞ prezidenti qeyd edib.