AZ

İşıqlı meydanda ilk addımı U 15 atdı

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Kəpəz" klubunun Futbol Akademiyasında projektorların quraşdırılması işləri yekunlaşıb. 

Fanat.Az xəbər verir ki, bununla da futbolçular üçün axşam saatlarında məşq etmək imkanı yaradılıb. 

İşıqlandırılmış meydanda ilk məşqi isə Gəncə təmsilçisinin U-15 komandası keçirib. Gənc futbolçular yeni şəraitdə böyük həvəslə məşq edərək məşqçilərin tapşırıqlarını yerinə yetiriblər. 

Məşq prosesini klubun icraçı direktoru Ruslan Məmmədov və Akademiyanın koordinatoru Vasif Vəliyev də izləyiblər.

Akademiyada aparılan bu yeniliklər gənc futbolçuların daha yaxşı şəraitdə yetişməsi və gələcək uğurlar üçün vacib addımlardan biridir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
3
fanat.az

4Mənbələr