AZ

“Kəpəz”in akademiyası işıqlandırıldı – FOTO

“Kəpəz” klubunun akademiyasında projektorların quraşdırılması işləri yekunlaşıb.

Bu barədə Bizim.Media-ya klubdan məlumat verilib.
 

Bildirilib ki, bununla da futbolçular üçün axşam saatlarında məşq etmək imkanı yaradılıb. İşıqlandırılmış meydanda ilk məşqi isə Gəncə təmsilçisinin U-15 komandası keçirib.


Məşq prosesini klubun icraçı direktoru Ruslan Məmmədov və Akademiyanın koordinatoru Vasif Vəliyev də izləyiblər.

Qeyd edilib ki, akademiyada aparılan bu yeniliklər gənc futbolçuların daha yaxşı şəraitdə yetişməsi və gələcək uğurlar üçün vacib addımlardan biridir.








Bizim.Media

Seçilən
33
3
bizim.media

5Mənbələr