AZ

“Kəpəz”in akademiyası işıqlandırıldı FOTO

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

“Kəpəz” klubunun akademiyasında projektorların quraşdırılması işləri yekunlaşıb.Bu barədə Bizim.Media-ya klubdan məlumat verilib.

 

Bildirilib ki, bununla da futbolçular üçün axşam saatlarında məşq etmək imkanı yaradılıb. İşıqlandırılmış meydanda ilk məşqi isə Gəncə təmsilçisinin U-15 komandası keçirib.

Məşq prosesini klubun icraçı direktoru Ruslan Məmmədov və Akademiyanın koordinatoru Vasif Vəliyev də izləyiblər.Qeyd edilib ki, akademiyada aparılan bu yeniliklər gənc futbolçuların daha yaxşı şəraitdə yetişməsi və gələcək uğurlar üçün vacib addımlardan biridir.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
bizim.media

2Mənbələr