HAMAS İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırıb.
Xezerxeber.az xəbər verir ki, HAMAS bununla bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, İran regionda qonşu dövlətləri hədəfə almaqdan çəkinməlidir.
HAMAS, eyni zamanda, İranın İsrail və ABŞ-a qarşı bütün mövcud vasitələrdən istifadə edərək, beynəlxalq norma və qanunlara uyğun şəkildə özünü müdafiə etmək hüququna malik olduğunu vurğulayıb.