HƏMAS İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, HƏMAS bununla bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, İran regionda qonşu dövlətləri hədəfə almaqdan çəkinməlidir.
HƏMAS, eyni zamanda, İranın İsrail və ABŞ-a qarşı bütün mövcud vasitələrdən istifadə edərək, beynəlxalq norma və qanunlara uyğun şəkildə özünü müdafiə etmək hüququna malik olduğunu vurğulayıb.
"Cebheinfo.az"