AZ

WUF13 şəhərlərin qlobal liderlik tələb edən strateji prioritetlər kimi müzakirə olunmasına imkan yaradacaq - Anar Quliyev

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçiriləcəyi Bakı Olimpiya Stadionunda işlər tamamlanma mərhələsindədir.

Day.Az xəbər verir ki, bunu bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, foruma hazırlıq sürətlə davam edir:

 

"Olimpiya stadionu belə vacib bir tədbirin keçiriləcəyi məkan kimi yenidən dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq. Yüksək standartlara cavab verən obyekt olaraq stadion səmərəli logistikanı, fasiləsiz işi və bütün iştirakçılar üçün yüksək səviyyəli qonaqpərvərliyi təmin edəcək. Tikinti işləri tamamlanma mərhələsindədir".

"Stadionda 40 əsas sessiya, 350-yə yaxın paralel tədbir, eləcə də "Urban Expo" sərgisi keçiriləcək. "Urban Expo" - sadəcə sərgi məkanı deyil. O, dialoq, tərəfdaşlıq və praktiki əməkdaşlıq mərkəzinə çevriləcək. Startaplar və novatorlar mənzil tikintisi sahəsində dünyanın hər yerindən sınaqdan keçirilmiş həlləri təqdim etmək imkanı əldə edəcəklər.

Bu forum dövlət və hökumət başçılarını bir araya gətirərək şəhərlərin yüksək səviyyəli qlobal liderlik tələb edən strateji prioritetlər kimi müzakirə olunmasına imkan yaradacaq. "COP29 Nazirlər Toplantısından ilhamlanaraq nazirlər, merlər və ekspertlər arasında birbaşa dialoq üçün platforma yaradacaq, praktik həllərin formalaşmasına və konkret nəticələrin əldə olunmasına imkan verəcək".

Seçilən
32
3
day.az

5Mənbələr