AZ

Anar Quliyev: Bakı Olimpiya Stadionu WUF13-ün keçirilməsinə hazır vəziyyətdədir

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçiriləcəyi Bakı Olimpiya Stadionunda işlər tamamlanma mərhələsindədir.

İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, foruma hazırlıq tam sürətlə gedir. “Olimpiya stadionu belə mühüm tədbirin keçiriləcəyi məkanı kimi yenidən dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq. Yüksək standartlara cavab verən obyekt olaraq o, səmərəli logistikanı, fasiləsiz işi və bütün iştirakçılar üçün yüksək səviyyəli qonaqpərvərliyi təmin edəcək. Tikinti işləri tamamlanma mərhələsindədir”, – o qeyd edib.

A.Quliyev vurğulayıb ki, stadionda 40 əsas sessiya, 350-yə yaxın paralel tədbir, eləcə də “Urban Expo” sərgisi keçiriləcək. “Urban Expo” – sadəcə sərgi məkanı deyil. O, dialoq, tərəfdaşlıq və praktiki əməkdaşlıq mərkəzinə çevriləcək. Startaplar və novatorlar mənzil tikintisi sahəsində dünyanın hər yerindən sınaqdan keçirilmiş həlləri təqdim etmək imkanı əldə edəcəklər”, – o əlavə edib

Seçilən
29
3
interpress.az

5Mənbələr