AZ

BƏƏ də partlayışlarla bağlı sosial şəbəkələrdə saxta videolar yerləşdirən 10 əcnəbi saxlanılıb

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) regiondakı vəziyyət fonunda süni intellektin köməyi ilə saxta videoları sosial şəbəkələrdə yerləşdirən 10 əcnəbi saxlanılıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM agentliyi məlumat yayıb.

Onların arasında Banqladeş, Vyetnam, Misir, Hindistan, İran və digər ölkələrin vətəndaşları var.

"BƏƏ-nin baş prokuroru Həməd Səif Əl-Şəmsi müxtəlif millətlərdən olan 10 təqsirləndirilən şəxsin həbs edilməsi üçün göstəriş verib. Bu şəxslər sosial şəbəkələrdə çaşdırıcı, saxta məzmunlu videolar dərc etdiklərinə görə təcili olaraq məhkəməyə göndəriliblər", - məlumatda deyilir.

Qeyd olunur ki, videolarda BƏƏ-nin hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi və ya obyektlərin vurulması, saxta partlayışlar, yanğınlar və s. kadrlar yer alıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
1
cebheinfo.az

2Mənbələr