Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) regiondakı vəziyyət fonunda süni intellektin köməyi ilə saxta videoları sosial şəbəkələrdə yerləşdirən 10 əcnəbi saxlanılıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM agentliyi məlumat yayıb.
Onların arasında Banqladeş, Vyetnam, Misir, Hindistan, İran və digər ölkələrin vətəndaşları var.
"BƏƏ-nin baş prokuroru Həməd Səif Əl-Şəmsi müxtəlif millətlərdən olan 10 təqsirləndirilən şəxsin həbs edilməsi üçün göstəriş verib. Bu şəxslər sosial şəbəkələrdə çaşdırıcı, saxta məzmunlu videolar dərc etdiklərinə görə təcili olaraq məhkəməyə göndəriliblər", - məlumatda deyilir.
Qeyd olunur ki, videolarda BƏƏ-nin hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi və ya obyektlərin vurulması, saxta partlayışlar, yanğınlar və s. kadrlar yer alıb.
"Cebheinfo.az"