AZ

Portuqaliya millisinin üzvü Mançester Yunayted ə keçə bilər

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Vest Hem"in yarımmüdafiəsi Mateuş Fernandeş İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Fernandeşin keçidinin yayda 60 milyon funt-sterlinqə reallaşacağı bildirilir. Klubu Premyer Liqanı tərk etsə, 21 yaşlı oyunçunun "Mançester Yunayted"ə transferi daha aşağı məbləğə baş tuta bilər.

Qeyd edək ki, "Vest Hem" Mateuş Fernandeşi mövsümün əvvəlində "Sauthempton"dan 44 milyon avroya transfer edib. Portuqaliya U-21 millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
3
sportal.az

5Mənbələr