"Vest Hem"in yarımmüdafiəsi Mateuş Fernandeş İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Moderator.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, "Mançester Yunayted" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Fernandeşin keçidinin yayda 60 milyon funt-sterlinqə reallaşacağı bildirilir. Klubu Premyer Liqanı tərk etsə, 21 yaşlı oyunçunun "Mançester Yunayted"ə transferi daha aşağı məbləğə baş tuta bilər.
Qeyd edək ki, "Vest Hem" Mateuş Fernandeşi mövsümün əvvəlində "Sauthempton"dan 44 milyon avroya transfer edib.