AZ

SEPAH BƏƏ-yə xəbərdarlıq edib

İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şəhərlərindəki raket buraxılış yerlərini vurmağı qanuni hesab edir.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü bildirib.

Onun sözlərinə görə, BƏƏ şəhərlərindəki dəniz limanlarında və hərbi bunkerlərdə yerləşən Amerika raket buraxılış məntəqələrini vura bilərlər.

“BƏƏ-nin müsəlman əhalisini hər hansı bir zərər görməmələri üçün şəhərlərdəki limanları və ABŞ sığınacaqlarının yerləşdikləri bölgələri tərk etməyə çağırırıq”, - qeyd olunub.

"Cebheinfo.az"

Seçilən
15
17
cebheinfo.az

10Mənbələr