ain.az bildirir, GlobalInfo portalına istinadən.
İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şəhərlərindəki raket buraxılış yerlərini vurmağı qanuni hesab edir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının sözçüsü bildirib.
Onun sözlərinə görə, BƏƏ şəhərlərindəki dəniz limanlarında və hərbi bunkerlərdə yerləşən Amerika raket buraxılış məntəqələrini vura bilərlər.
“BƏƏ-nin müsəlman əhalisini hər hansı bir zərər görməmələri üçün şəhərlərdəki limanları və ABŞ sığınacaqlarının yerləşdikləri bölgələri tərk etməyə çağırırıq”, – qeyd olunub.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Komandanlığının İranın Xarq adasına böyük bir bombardman həyata keçirdiyini bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.