Bakı. Trend:
28 fevraldan etibarən İranda təxminən 43 min qeyri-hərbi obyekthücuma məruz qalıb.
Trend-inməlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bugün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sözügedən qeyri-hərbi obyektlərdən 36,5mini vətəndaşlara məxsus mənzillər olub. Həmin mənzillərin 10 miniTehran vilayətinə məxsusdur.
Mohacerani bildirib ki, ölkədə 6,2 min ticarət obyektinə ziyandəyib. Eyni zamanda 32 təcili yardım maşını, 35 müalicə mərkəzi və152 səhiyyə müəssisəsinə ziyan dəyib.
Hökumət sözçüsü qeyd edib ki, ölkədə 223 qadın ölüb, 2,73 minqadın isə yaralanıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.