İranda müharibə nəticəsində 42 mindən çox mülki şəxs zərər çəkib.
BAKU.WS "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran administrasiyasının sözçüsü Fatimə Mühacərani bildirirb.
O ABŞ və İsrailin İrana olan hücumlarının ilk günlərindən bəri mülki infrastruktura dəyən genişmiqyaslı ziyanı ətraflı izah edərək, mənzil, səhiyyə və təhsil sahələrində ciddi itkilər olduğunu vurğulayıb.
Bu gün verdiyi açıqlamada Fatimə Mühacərani son 15 gün ərzində davam edən təcavüzkar müharibədə düşmən hücumları nəticəsində 42 mindən çox mülki şəxsin zərər gördüyünü açıqlayıb.
O qeyd edib ki, 35 tibb məntəqəsi və 152 səhiyyə mərkəzi ziyan çəkib. Təhsil sektoru da ciddi nəticələrlə üzləşib, 120 məktəbə ciddi ziyan dəyib və ümumilikdə 206 müəllim və şagird itki verib.