AZ

XİN: Azərbaycan bu məsələdə Türkiyəni dəstəkləyəcək

Azərbaycan COP31-in uğurla keçirilməsi üçün qardaş Türkiyəyə dəstəyini ifadə edib və iqlim gündəliyinin irəli aparılması istiqamətində əməkdaşlığı davam etdirəcək.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un başdanışıqçısı Yalçın Rəfiyev Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında keçirilən brifinqdə bildirib.

Nazir müavini qeyd edib ki, COP prosesi Birləşmiş Millətlər Təşkilatı sistemində ən inklüziv platformalardan biridir və bu proses yalnız hökumət nümayəndələrini deyil, həm də vətəndaş cəmiyyətini, akademik dairələri, gəncləri və digər maraqlı tərəfləri bir araya gətirir.

Seçilən
11
2
metbuat.az

10Mənbələr