Yazını böyüt
Yazını kiçilt
Özbəkistanın qədim şəhəri Buxarada qadın şahmatçılar arasında “IV Women's Chess Championship” adlı nüfuzlu beynəlxalq turnir keçirilib.
Hafta.az xəbər verir ki, 8 ölkədən 10 şahmatçının qatıldığı turnirdə ölkəmizi şəxsi Avropa çempionatının qalibi, Azərbaycan çempionu Ülviyyə Fətəliyeva təmsil edib.
9 turdan sonra 6,5 xal toplayan Ülviyyə Fətəliyeva “IV Women's Chess Championship” yarışının qalibi olub. Gürcüstan şahmatçısı Nana Dzaqnidze ikinci, hindistanlı Harika Dronavalli isə üçüncü yeri tutub.