Azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva Özbəkistanın Buxara şəhərində keçirilmiş “Womens Chess Championship” adlı beynəlxalq turnirin qalibi olub.
Publika.az xəbər verir ki, Ənənəvi yarışda Avropa çempionu, komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Nana Dzaqnidze (Gürcüstan), gənclər arasında dünya çempionu Əfruzə Həmdamova (Özbəkistan), komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Harika Dronavalli (Hindistan) və digər qrossmeysterlər mübarizə aparıblar.
8 ölkədən 10 ahmatçının qatıldığı turnirdə 9 turdan sonra 6,5 xal toplayan Ülviyyə Fətəliyeva “Women’s Chess Championship”in qalibi olub. Gürcüstan şahmatçısı Nana Dzaqnidze ikinci, hindistanlı Harika Dronavalli isə üçüncü yeri tutub.