AZ

Finlandiya nüvə silahına sahib ola bilər - KİV

Bakı. Trend:

Fransa regionda və ümumilikdə Avropada Rusiyanın qarşısını almaqməqsədilə Finlandiyaya nüvə silahı verə bilər.

Trend xəbər verirki, bu barədə “The National Interest” nəşri yazır.

Martın əvvəlində Fransa prezidenti Emmanuel Makron Avropanınqalan hissəsinin Fransanın “nüvə çətiri” ilə qorunmasını təklifedib. İlkin müzakirələrdə Finlandiya ilə birlikdə NATO-ya qoşulanİsveç də daxil olmaqla səkkiz ölkə iştirak edir.

KİV qeyd edir ki, Finlandiya hökuməti müvafiq düzəlişi qəbuledərsə, ölkə öz ərazisində Fransa nüvə silahını yerləşdirəbiləcək.

Xatırladaq ki, bir müddət əvvəl Finlandiyanın müdafiə naziriAntti Hyakkyanen “müdafiə ilə bağlı” vəziyyətlərdə nüvə silahınınölkəyə gətirilməsinə, daşınmasına, çatdırılmasına və saxlanmasınaicazə verilməsinin hökumət tərəfindən təklif edildiyinibildirmişdi.

Məqalədə:
Seçilən
18
2
az.trend.az

3Mənbələr